Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir.
Şəxsiyyət vəsiqəsinin 2 növü vardır:
1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Vətəndaşların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi
25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.
PİN-KOD
Hər bir şəxsiyyət vəsiqəsinin PİN-kodu vəsiqənin fotoşəkil olan üzündə yerləşir. PİN kodu 7 simvoldan ("İ" və "O" hərfləri istisna olmaqla ingilis əlifbasının hərflərindən və rəqəmlərdən) ibarətdir. Vəsiqənin PİN-kodunu axırıncı sətirdə çap edilmiş son səkkiz simvolun ilk yeddisi təşkil edir. Misal üçün, şəkildəki şəxsiyyət vəsiqəsində qırmızı çərçivəyə alınmış 7 simvol ("31XXAA3") PİN-koddur, sonuncu simvol isə, yəni "7" rəqəmi, nəzərə alınmır.
İstinad: AR Daxili İşlər Nazirliyi
No comments:
Post a Comment