daha çox rast gəlinməsi ilə əlaqədardır.
Mərkəzi Bankın inamlı və sərt nəzarəti sayəsində banklara inam artmışdır. Artıq bir çoxumuz qənaət etdiyimiz pulların banklarda saxlamağının tərəfdarıyıq. Ancaq pulumuzu hansı bankda, hansı şərtlərlə depozit qoymağımızı qərarlaşdıra bilmirik. Bunun qərarsızlığı aradan qaldırmaq üçün aşağıda bir neçə lazımlı nüansları qeyd etmişik.
Pullarımızın daha az riskli olmasını istəyirik. Riskləri azaltmaq üçün dövlət Əmanətlərin Sığortalanması Fondu yaratdı. Ancaq Əmanətlərin Sığortalanması Fondu da bütün əmanətləri sığortalamır. Gəlin bir neçə şərt və terminlə tanış olaq.
Sığortalanmış əmanət nədir?
Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.
Əmanətçiyə ödənilən kompensasiyanın məbləği nə qədərdir?
Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.
Əmanətlər üzrə faizlər hansı məbləğdə ödənilir?
Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, əmanətin məbləği və faizlər yuxarıda göstərilən kompensasiya məbləğindən artıq olmasın.
Sığorta hadisəsi baş verdikdə kompensasiya hansı valyutalarda ödənilir?
Sığorta hadisəsi baş verdikdə kompensasiya:
|
Fondun Himayəçilik Şurası 6 may 2014-cü il tarixində keçirilən iclasda qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 9 faizə endirilməsi barədə Mərkəzi Bankla razılaşdırmaqla qərar qəbul edib və May ayının 19-dan etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirilib.
42 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu banklardan birində və ya bir neçəsində sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir.Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.
Pullarımızı yuxarıda qeyd edilən şərtlər daxilində qoysaq, heç bir riskə məruz qalmayacağıq.
İstinad: Əmanətlərin Sığortalanması Fondu
No comments:
Post a Comment