ehtiyatların yaradılması Qaydaları”-ndan çıxarış.)
Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.
Aktivlərin təsnifləşdirilməsi gecikmə müddəti və keyfiyyət meyarları nəzərə alınmaqla həyata keçirilir.
Təsnifləşdirmə məqsədi ilə aktivlər 30 günədək, 31 gündən 90 günədək, 91 gündən 180 günədək, 181 gündən 270 günədək və 270 gündən çox gecikdirilmiş aktivlərə bölünür. Aktivin gecikməsi müddəti (əsas məbləği və ya faiz borcları üzrə) müvafiq müqavilədə əsas məbləğin və faiz borclarının ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılır. Ehtiyatlar iki kateqoriyaya bölünür:
bankın standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış adi ehtiyatlar;
bankın qeyri-standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar.
Təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələri aşağıdakı kimi müəyyən edilir:
qənaətbəxş aktivlər - 1%;
nəzarət altında olan aktivlər - 5%;
qeyri-qənaətbəxş aktivlər - 30%;
təhlükəli aktivlər - 60%;
ümidsiz aktivlər - 100%.
Ehtiyatlar aktivin ümumi məbləği üzrə Azərbaycan Respublikasının milli valyutası ilə bankın xərcləri hesabına yaradılır.
İstinad: Mərkəzi Bank
No comments:
Post a Comment