Aktiv üzrə əsas məbləğ və ya faiz borclarının ödənilməsi doxsan gündən çox gecikdirildikdə hesablanmış faizlər üzrə 100% həcmində ehtiyat yaradılır.
Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və azı beş il ərzində bu hesablarda
uçotu aparılır.
Yaradılmış ehtiyatlar aktivlərin keyfiyyətinə adekvat olması baxımından ən azı ayda bir dəfə ayın son iş günündən gec olmayaraq təsnifləşdirilməni həyata keçirən struktur bölmə tərəfindən qiymətləndirilir.
Aktivin təminatı qismində aşağıdakı təminat növləri çıxış etdikdə aktiv üzrə ehtiyat yaradılmır:
- Borclunun depozit hesabındakı milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri aktivə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda və müqaviləyə görə bankın bu vəsaitin hesab sahibinin sərəncamı olmadan hesabdan silinməsinə hüququ olduqda;
- Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) və Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən buraxılmış qiymətli kağızlar, dövlət zəmanəti və ya Mərkəzi Bankın qarantiyası (zaminliyi);
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (bundan sonra - İƏİT) daxil olan və beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard&Poor`s, Fitch Ratings, Moody`s) (bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “A” ölkə (suveren) borc reytinqinə malik ölkələrin dövlət qiymətli kağızları və zəmanəti, habelə bu ölkələrin mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zaminlik);
- banka girov qoyulmuş (saxlanc) bank metalları;
- İƏİT ölkələrində fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə malik banklar tərəfindən buraxılmış qarantiyalar (zaminlik).
Ümidsiz aktivlər üzrə ehtiyatların yaradılmasında təminatın rolu
Bank ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı təminatın xalis bazar qiymətini aşağıdakı şərtlər daxilində nəzərə alır:
- hesablamada nəzərə alınan xalis bazar qiyməti aktivin ümumi məbləğindən artıq olmamalıdır;
- təminatın satışı üçün bütün lazımi hüquqi sənədlər olmalıdır;
- təminatın satışı üçün likvid bazar olmalıdır;
- təminatın bazar qiyməti müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilməlidır.
Bu şərtlər təmin edildikdə ümidsiz aktivlər üzrə ehtiyatlar aşağıdakı qaydada hesablanır:
E= (A-Ld) x 100%,
burada: E - ehtiyatın məbləği, A - aktivin ümumi məbləği, Ld - təminatın nəzərə alınan likvid dəyəridir.
Aktivin likvid dəyərinin hesablanması məqsədi ilə kreditlər və digər aktivlər üzrə təminatlar dörd qrupa bölünür.
Birinci qrup təminatlar:
- banka girov qoyulmuş (saxlanc) qiymətli metallar (bank metalları istisna olmaqla);
- Mərkəzi Bankın verdiyi bank lisenziyası əsasında fəaliyyət göstərən banklar tərəfindən verilmiş qarantiyalar (zaminlik);
- Bakı Fond Birjasında alınıb-satılan və ya beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə malik İƏİT ölkələrinin şirkətlərinin buraxdığı qiymətli kağızlar.
İkinci qrup təminatlara daşınmaz əmlak aid edilir.
Üçüncü qrup təminatlara avtomobil nəqliyyatı vasitələri aid edilir.
Dördüncü qrup təminatlara əvvəlki qruplara daxil olmayan digər təminatlar aid edilir.
Təminatın likvid dəyəri aşağıdakı kimi müəyyən edilir:
birinci qrup üzrə - xalis bazar qiymətinin 40%-i;
ikinci qrup üzrə - xalis bazar qiymətinin 30%-i;
üçüncü qrup üzrə - xalis bazar qiymətinin 20%-i;
dördüncü qrup təminatlar ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılmasında nəzərə alınmır.
İstinad: Mərkəzi Bank
İstinad: Mərkəzi Bank
No comments:
Post a Comment