23 July 2014

Bankda pullarımızı necə yerləşdirək ki....?

Əvvəla onu qeyd etmək istərdim ki, "biz"də banklara inam son dövrlərdə artmağa başlamışdır. Son dövrlərə qədər inamsızlıq isə müstəqilliyimizin ilk dövrlərində müəyyən özəl banklarda pullarımızın batması və fırıldaqçılıq hallarının

22 July 2014

Vətəndaş şəxsiyyət vəsiqəsi haqqında nəyi bilməliyik?

    Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası  vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə  onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.  

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir.
Şəxsiyyət vəsiqəsinin 2 növü vardır:
1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra   vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları dövlət rüsumunu ödəməkdən azad olunurlar.  

Vətəndaşların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi

25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.

PİN-KOD
Hər bir şəxsiyyət vəsiqəsinin PİN-kodu vəsiqənin fotoşəkil olan üzündə yerləşir. PİN kodu 7 simvoldan ("İ" və "O" hərfləri istisna olmaqla ingilis əlifbasının hərflərindən və rəqəmlərdən) ibarətdir. Vəsiqənin PİN-kodunu axırıncı sətirdə çap edilmiş son səkkiz simvolun ilk yeddisi təşkil edir. Misal üçün, şəkildəki şəxsiyyət vəsiqəsində qırmızı çərçivəyə alınmış 7 simvol ("31XXAA3") PİN-koddur, sonuncu simvol isə, yəni "7" rəqəmi, nəzərə alınmır.

18 July 2014

DSMF-də uçotda olan pensiyaçılar haqda ümumi məlumat. 01.01.2014

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNDA UÇOTDA OLAN PENSİYAÇILARIN PENSİYA NÖVLƏRİ ÜZRƏ SAY TƏRKİBİ HAQQINDA MƏLUMAT (01.01.2014-cü il)













P.S Əlavələr vaxtaşırı ediləcək.
İstinad : AR DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU

BAKI ŞƏHƏRİNİN RAYONLARI (Districts of Baku)

   BAKI ŞƏHƏRİNİN RAYONLARI 

 Ölçü vahidiBinəqədiQaradağƏzizbəyovSəbailSabunçuSuraxanı
Qəsəbələrin sayıədəd622122107
İri dövlət və şəxsi müəssisələrinin sayıədəd7147621534023
Əhalisinəfər2188639980712099577171195808173145
Əhalinin orta sıxlığıNəfər/kv.km12879230325728161731
Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (kişi)nəfər1065864890560135369659575083975
Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (qadın)nəfər11227750902608604020610005889170
Əhalinin yaşlara görə bölgüsü (uşaqlar)nəfər652213433434726191385443551424
Əhalinin yaşlara görə bölgüsü (18 yaşa qədər)nəfər816364261843558242326892465968
Əhalinin yaşlara görə bölgüsü (18-dən 55-ə)nəfər11862451101644904283010671594018
Əhalinin yaşlara görə bölgüsü (18-dən 60-a)nəfər12584653497684834599411356999039
Əhalinin yaşlara görə bölgüsü (pensiyaçılar)nəfər1816662881234193381938513332
Ali təhsilli əhalinin sayınəfər3655057897018195241174815410
Orta təhsilli əhalinin sayınəfər623762824543679208367303659562
Rayonda məskünlaşmış qaçqınların sayınəfər1557724001736463183188430
Rayonda məskünlaşmış məcburi köçkünlərin sayınəfər2547996121367375851745614901
Rayonun ümumi sahəsimin kv.km0,171,080,400,030,240,10
Məktəbəqədər uşaq müəssisələrinin sayıədəd412332224634
Ümumtəhsil məktəblərinin sayıədəd652337184430
Texniki, orta ixtisas və peşə məktəblərinin sayıədəd3-11--
Ali təhsil müəssisələrinin sayıədəd3-14--
Xəstəxanaların sayıədəd279686
 Ölçü vahidiNərimanovNəsimiNizamiXətaiYasamal 
Qəsəbələrin sayıədəd--11- 
İri dövlət və şəxsi müəssisələrinin sayıədəd1011165474116 
Əhalisinəfər152359200067165545225955225600 
Əhalinin orta sıxlığıNəfər/kv.km5079200078277753211280 
Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (kişi)nəfər734379683279296110492109642 
Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (qadın)nəfər7892210323586249115463115958 
Əhalinin yaşlara görə bölgüsü (uşaqlar)nəfər4250853818461875807058656 
Əhalinin yaşlara görə bölgüsü (18 yaşa qədər)nəfər5317368223572797637376027 
Əhalinin yaşlara görə bölgüsü (18-dən 55-ə)nəfər8395011003790553130828125659 
Əhalinin yaşlara görə bölgüsü (18-dən 60-a)nəfər8928211743996844139640134006 
Əhalinin yaşlara görə bölgüsü (pensiyaçılar)nəfər1447421007163891762423237 
Ali təhsilli əhalinin sayınəfər3077744415264873411949632 
Orta təhsilli əhalinin sayınəfər4525156419475117275861589 
Rayonda məskünlaşmış qaçqınların sayınəfər17160144767988102321238 
Rayonda məskünlaşmış məcburi köçkünlərin sayınəfər1478810659128401692117643 
Rayonun ümumi sahəsimin kv.km0,030,010,020,030,02 
Məktəbəqədər uşaq müəssisələrinin sayıədəd3549325347 
Ümumtəhsil məktəblərinin sayıədəd2531243821 
Texniki, orta ixtisas və peşə məktəblərinin sayıədəd644-4 
Ali təhsil müəssisələrinin sayıədəd881-8 
Xəstəxanaların sayıədəd57533 

10 July 2014

Nədir bu CFO, CEO, CLO və.s?

Artıq bir çox yerlərdə uzun söz birləşmələri əvəzinə qısaltmalar(abreviaturalar) istifadə edirik və bu qısaltmaların demək olar ki hamısı xarici dil mənbəlidir. Buna görə də mən də bi qısaltmaların nə olduğunu qeyd etmək fikrinə gəldim. Bu vəzifələrin bəzilərini biz bir şirkət olaraq, digərlərini isə holdinq və şirkətlət qrupunda rast gələ bilərik.
 Kiminsə əlavə edəcək qısaltmaları və ya düzəlişləri vardırsa buyursun.
Şirkətlərin rəhbərlərinə qisaca olaraq belə müraciət edirikmiş...
CEO (Chief Executive Officer)  - İdarə heyətinin sədri.
CFO (Chief Financial Officer)  - Maliyyə direktoru
CLO (Chief Legal Officer)  - Hüquq qrupu direktoru.
CTO (Chief Technology Officer)  - İnformasiya texnologiyalarından cavabdeh rəhbər

Bank sisteminin növləri.

Dünya praktikasi nəzərə alınmaqla bank sisteminin aşağıdakı tipləri fərqləndirilir:
1.     Mərkəzləşdirilmiş bank sistemi;
2.     Bazar tipli bank sistemi;
3.     Keçid dövrünün bank sistemi.

İnzibati mərkəzləşdirilmiş bank sistemi şəraitində birpilləli sistem fəa­liyyət göstərir və dövlət bankların yeganə mülkiyyətçisi olur. Bankları dövlət özü yaradır, onun təşkilati və idarəetmə strukturlarını müəyyən edir. Zərurət olduqda isə onu ləğv edir. Dövlət tərəfindən vahid bank siyasəti həyata keçirilir və mərkəzləşdirilmiş şaquli idarəetmə üsulu tətbiq edilir. Buna görə də dövlət bankların öhdəliyinə görə cavabdehlik daşıyır. Bankların apardığı əməliyyatların tərkibi, siyahısı dövlət tərəfindən müəyyən edilir. Kreditləşmə və emissiya əməliyyatları bank tərəfindən icra olunur.
İnzibati mərkəzləşdirilmiş bank sistemindən fərqli olaraq bazar iqtisa­diyyatı bank sistemində dövlət inhisarçılığı yoxdur. Bazar şəraitində hər bir təsərrüfat subyekti, yəni hüquqi şəxslər və hətta ayrı-ayrı fiziki şəxslər, döv­lət mülkiyyətli bank istisna olmaqla müxtəlif mülkiyyət formalı banklar yarada bilərlər. Bunun nəticəsində bazar şəraitində çoxsaylı banklar fəaliyyət göstərirlər. Mərkəzləşdirilmiş bank sistemi ilə bazar yönümlü bank sistemi arasında aşağıdakı fərqlər mövcuddur:
Bazar yönümlü bank sistemi şəraitində ikipilləli sistem fəaliyyət göstərir və banklar üzərində müxtəlif mülkiyyət formaları (dövlət, səhmdar, kooperativ, şəxsi, qarışıq və s.) mövcud olur. Bankların yaradılmasında dövlət inhisarı yoxdur, istənilən hüquqi və fiziki şəxslər qanun çərçivəsində bank yarada bilərlər. Bankların təşkilati və idarəetmə strukturları bank şuraları tərəfindən müəyyənləşdirilir, eyni zamanda bank şuranın qərarı ilə ləğv edilə bilər. Bu sistem şəraitində çoxsaylı banklar siyasəti həyata keçirilir və qeyri-mərkəzləşdirilmiş yerli idarəetmə sxemi mövcud olur. Məhz elə bu səbəblərdən də dövlət bankların öhdəliklərinə görə cavabdeh deyil, eyni zamanda banklar da dövlətin öhdəliklərinə görə cavabdeh deyil. Bankların apardığı əməliyyatın tərkibi, siyahısı bank şuraları, təsisçilər tərəfindən müəyyənləşdirilir. Bu sistem şəraitində emissiya əməliyyatlarını yalnız Mərkəzi Bank, müəssisələrin və fiziki şəxslərin kreditləşməsini isə müxtəlif kommersiya bankları icra edirlər.
Azərbaycan Respublikasının da bank sistemi 2 pilləli bank sistemidir.
1) Birinci pillə – Azərbaycan Respublikasının Mərkəzi bankı
2) İkinci pillə – kommersiya bankları və digər kredit müəssisələri, eləcə də xarici bankların filial və nümayəndəlikləri.

4 July 2014

Bank aktivlərinin təsnifləşdirilməsi -II hissə

Ehtiyatların yaradılması və ümidsiz aktivlərin silinməsi
Aktiv üzrə əsas məbləğ və ya faiz borclarının ödənilməsi doxsan gündən çox gecikdirildikdə hesablanmış faizlər üzrə 100% həcmində ehtiyat yaradılır.
Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və azı beş il ərzində bu hesablarda
uçotu aparılır.
Yaradılmış ehtiyatlar aktivlərin keyfiyyətinə adekvat olması baxımından ən azı ayda bir dəfə ayın son iş günündən gec olmayaraq təsnifləşdirilməni həyata keçirən struktur bölmə tərəfindən qiymətləndirilir.
Aktivin təminatı qismində aşağıdakı təminat növləri çıxış etdikdə aktiv üzrə ehtiyat yaradılmır:
- Borclunun depozit hesabındakı milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri aktivə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda və müqaviləyə görə bankın bu vəsaitin hesab sahibinin sərəncamı olmadan hesabdan silinməsinə hüququ olduqda;
- Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) və Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən buraxılmış qiymətli kağızlar, dövlət zəmanəti və ya Mərkəzi Bankın qarantiyası (zaminliyi);
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (bundan sonra - İƏİT) daxil olan və beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard&Poor`s, Fitch Ratings, Moody`s) (bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “A” ölkə (suveren) borc reytinqinə malik ölkələrin dövlət qiymətli kağızları və zəmanəti, habelə bu ölkələrin mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zaminlik);
- banka girov qoyulmuş (saxlanc) bank metalları;
- İƏİT ölkələrində fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə malik banklar tərəfindən buraxılmış qarantiyalar (zaminlik).
Ümidsiz aktivlər üzrə ehtiyatların yaradılmasında təminatın rolu
Bank ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı təminatın xalis bazar qiymətini aşağıdakı şərtlər daxilində nəzərə alır:
- hesablamada nəzərə alınan xalis bazar qiyməti aktivin ümumi məbləğindən artıq olmamalıdır;
- təminatın satışı üçün bütün lazımi hüquqi sənədlər olmalıdır;
- təminatın satışı üçün likvid bazar olmalıdır;
- təminatın bazar qiyməti müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilməlidır.
Bu şərtlər təmin edildikdə ümidsiz aktivlər üzrə ehtiyatlar aşağıdakı qaydada hesablanır: 
                                                      E= (A-Ld) x 100%, 
burada: E - ehtiyatın məbləği, A - aktivin ümumi məbləği, Ld - təminatın nəzərə alınan likvid dəyəridir.
Aktivin likvid dəyərinin hesablanması məqsədi ilə kreditlər və digər aktivlər üzrə təminatlar dörd qrupa bölünür. 
Birinci qrup təminatlar
- banka girov qoyulmuş (saxlanc) qiymətli metallar (bank metalları istisna olmaqla); 
- Mərkəzi Bankın verdiyi bank lisenziyası əsasında fəaliyyət göstərən banklar tərəfindən verilmiş qarantiyalar (zaminlik); 
- Bakı Fond Birjasında alınıb-satılan və ya beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə malik İƏİT ölkələrinin şirkətlərinin buraxdığı qiymətli kağızlar. 
İkinci qrup təminatlara daşınmaz əmlak aid edilir. 
Üçüncü qrup təminatlara avtomobil nəqliyyatı vasitələri aid edilir. 
Dördüncü qrup təminatlara əvvəlki qruplara daxil olmayan digər təminatlar aid edilir. 
Təminatın likvid dəyəri aşağıdakı kimi müəyyən edilir: 
birinci qrup üzrə - xalis bazar qiymətinin 40%-i; 
ikinci qrup üzrə - xalis bazar qiymətinin 30%-i; 
üçüncü qrup üzrə - xalis bazar qiymətinin 20%-i; 
dördüncü qrup təminatlar ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılmasında nəzərə alınmır.
İstinad: Mərkəzi Bank

2 July 2014

Bank aktivlərinin təsnifləşdirilməsi

Bank aktivlərinin təsnifləşdirilməsi (“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi
ehtiyatların yaradılması Qaydaları”-ndan çıxarış.)
     Aktivlər standartqeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.
     Aktivlərin təsnifləşdirilməsi gecikmə müddətikeyfiyyət meyarları nəzərə alınmaqla həyata keçirilir.
     Təsnifləşdirmə məqsədi ilə aktivlər 30 günədək, 31 gündən 90 günədək, 91 gündən 180 günədək, 181 gündən 270 günədək270 gündən çox gecikdirilmiş aktivlərə bölünür. Aktivin gecikməsi müddəti (əsas məbləği və ya faiz borcları üzrə) müvafiq müqavilədə əsas məbləğin və faiz borclarının ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır.
     Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılır. Ehtiyatlar iki kateqoriyaya bölünür:
bankın standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış adi ehtiyatlar;
bankın qeyri-standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar.
     Təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələri aşağıdakı kimi müəyyən edilir: 
qənaətbəxş aktivlər - 1%; 
nəzarət altında olan aktivlər - 5%; 
qeyri-qənaətbəxş aktivlər - 30%; 
təhlükəli aktivlər - 60%; 
ümidsiz aktivlər - 100%. 
     Ehtiyatlar aktivin ümumi məbləği üzrə Azərbaycan Respublikasının milli valyutası ilə bankın xərcləri hesabına yaradılır. 
İstinad: Mərkəzi Bank

Likvidlik riski üzrə Mərkəzi Bank tələbi

Likvidlik nədir? Mərkəzi Bankın "Bankların likvidliyinin idarə olunması haqqında
Qaydalar"-ından çıxarış.
Likvidlik – bankın balans və balansarxası öhdəliklərini (bundan sonra - öhdəliklər) yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və/və ya gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə əlavə xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir.
Likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, həmçinin bankın aktivlərinin minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir.
Likvidliyin təhlil edilməsi üçün ödəniş müddətlərinin bölgüsü - ödəniş müddəti eyni dövrə düşən aktiv və öhdəliklərin bölgüsüdür.
Likvidlik «qəpi» - eyni ödəniş müddətinə aid olan aktiv və öhdəliklərin fərqidir. Aktivlərin məbləği öhdəliklərin məbləğindən çox və ya az olduqda müsbət və ya mənfi likvidlik «qəpi» yaranır. 
Mərkəzi Bankın Likvidliyin idarə olunması ilə bağlı tələbi ancaq aşağıda göstərilən normativ üzrədir.
Digər əmsallar ancaq məlumatlandırıcı xarakter daşıyır. Bu əmsalların sayı 8-dir.
Ani likvidlik əmsalı üzrə normativ. Hər bir bank yüksək likvidli aktivlərin orta gündəlik qiymətinin yüksək likvidli (cari) öhdəliklərin orta gündəlik məbləğinə olan nisbət əmsalını ən azı 30 faiz səviyyəsində saxlamalıdır.
 Yüksək likvidli (cari) öhdəliklər kimi təsnifləşdirilmiş ödəniş müddəti 8 gündən 30 günədək olan öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar) bankın ani likvidlik əmsalının hesablanmasında nəzərə alınmır.
 Bankın kreditorları və depozitorları (Mərkəzi Banka və digər banklara olan bütün borclar daxil olmaqla) qarşısında vaxtı keçmiş öhdəlikləri mövcud olduqda, ani likvidlik normativinə riayət etməsindən asılı olmayaraq, bankın ani likvidlik üzrə normativi pozulmuş hesab edilir.
İstinad: Mərkəzi Bank

1 July 2014

Regulatory Treatment of Operational Risk (Basel).


There are three methods for calculating operational risk capital charges:
1. The Basic Indicator Approach;
2. The Standardised Approach;
3. Advanced Measurement Approaches.


The Basic Indicator Approach
        Banks using the Basic Indicator Approach have to hold capital for operational risk equal to a fixed percentage (denoted alpha) of a single indicator. The current proposal for this indicator is gross income. The charge may be expressed as follows:
KBIA = EI*α
Where:
KBIA = the capital charge under the Basic Indicator Approach
EI = the level of an exposure indicator for the whole institution, provisionally gross income
α = a fixed percentage, set by the Committee, relating the industry-wide level of required capital to the industry-wide level of the indicator.
For the Basic Indicator Approach, alphas are calculated as 12 percent of minimum regulatory
capital divided by gross income.
        In the Standardised Approach, banks’ activities are divided into 8 business lines. Within each business line, there is a broad indicator specified that reflects the size or volume of banks’ activities in that area. The indicator serves as a proxy for the scale of business operations and thus the likely scale of operational risk exposure within each of these business lines. The table below shows the proposed business lines and indicator.
Business lines of bank:
Corporate finance,
Trading and sales, 
Retail banking, 
Commercial banking, 
Payment and settlement, 
Agency services and custody, 
Asset management, 
Retail brokerage.
The total capital charge is calculated as the simple summation of the regulatory capital charges across each of the business lines. The total capital charge may be expressed as follows:
KTSA = Σ (EI1-81-8)
Where:
KTSA = the capital charge under the Standardised Approach
EI1-8 = the level of an exposure indicator for each of the 8 business lines
β1-8 = a fixed percentage, set by the Basel Committee, relating the level of required capital to the level of the gross income for each of the 8 business lines.
Advanced Measurement Approaches
The regulatory capital requirement for operational risk under the AMA would be based on an estimate of operational risk derived from a bank’s internal risk measurement system. This risk estimate would be subject to a floor based on the Standardised Approach capital charge for operational risk. The floor be set at 75% of the Standardised Approach capital charge.
Reference: Basel Commitee

Sərbəst dönərli valyuta

“Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nın məqsədləri üçün istifadə edilən sərbəst dönərli valyutalar dedikdə, aşağıdakı ölkələrin valyutaları nəzərdə tutulur:

    Emitent          Valyutanın adı       İSO kodu
1. Amerika Birləşmiş Ştataları - ABŞ dolları - USD
2. Avropa İttifaqı - Avro və ona fiks olunmuş məzənnə ilə bağlı valyutalar - EUR
3. Avstraliya - Avstraliya dolları - AUD
4. Kanada - Kanada dolları - CAD
5. Danimarka - Danimarka kronu - DKK
6. çıxarılmışdır çıxarılmışdır çıxarılmışdır
7. İslandiya İslandiya kronu ISK
8. Yaponiya Yen JPY
9. Yeni Zenlandiya Yeni Zenlandiya dolları NZD
10. Norveç - Norveç kronu - NOK
11. İsveç - İsveç kronu - SEK
12. İsveçrə - İsveçrə frankı - CHF
13. Böyük Britaniya Birləşmiş Krallığı - Funt-sterlinq - GBP
14. Beynəlxal Valyuta Fondu - Xüsusi borcalma Hüquqları - XDR
İstinad: AR Mərkəzi Bankı