Şəxsi keyfiyyət, xarakter deyə bir şey var. Çox heyf ki, bu şəxsi keyfiyyətlər hamı da müsbət tərəfdən özünü biruzə vermir. Bu dəfə girimli çıxımlı (SABUN) olmaqdan danışacam. Bu xarakterə məxsus olan insanları biz hər yerdə görürük. Daha böyük kollektivə məxsus idarə və təşkilatlarda rast gəlinən bu xasiyyət mənim də başıma gəldi.
Hal hazırda 17 iyun 2014-cü il tarixindəyik.
Program təminatı zəif olduğu üçün daha alt programlara ehtiyac duyulurdu. İndi də duyulur. Adını deməyəcəyim bu programın hazırlanmasına keçən ilin 2-ci rübündə başladım.
Bu programı yarımillik hesabatın təqdimatına yetişdirməli idim. Belə də oldu. Rəhbərlik üçün hesabatın təqdimatında bu programın da təqdimatı keçirildi. Hamı tərəfindən bəyənildi və ilin sonuna programın təhvil verilməsi qərarı alındı. Mənim təkidlərimə baxmayaraq bu program heç bir halda hazırlanmadı.
Nəhayət ki, bu yaxınlarda programın başqa şəxs tərəfindən hazirlandığını və tam hazır olacağını eşitdim.
Halal olsun sənə!
No comments:
Post a Comment