Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
Bankın nümayəndəliyi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.
Büdcə - Dövlətin, firmanın, ev təsərrüfatının və s. müəyyən dövr üçün gəlirlərinin və xərclərinin siyahısı; ingiliscə "budget" - "çanta" sözündən götürülmüşdür
Fiziki
şəxs - Fiziki şəxs
hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan
Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi
yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. (MM maddə 24)
Kredit (Loan) - Bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız borc verilən pul vəsaitidir.
Kredit xətti - Bankın, yaxud digər kredit institutunun borc alan subyekt qarşısında kredit vəsaitini təqdim etməklə bağlı öhdəliyi, yaxud bu öhdəliyin hüquqi rəsmiləşdirilməsidir. Bu zaman kredit vəsaiti bir dəfəlik deyil, hisssə-hissə təqdim olunur və borc alan subyektin bütün müqavilə şərtlərinə əməl etdiyi təqdirdə kreditor kredit məbləğinin növbəti hissəsinin təqdim edilməsi ilə bağlı öhdəlik daşıyır.
Məcburi ehtiyatlar - Bankda məcburi qaydada saxlamalı olduqları vəsait. M.E. dolayı pul siyasəti aləti olmaqla pul kütləsinin və bank sisteminin likvidliyinin tənzimləməsi məqsədilə tətbiq edilir.
Monetar maddələr – əldə saxlanılan valyuta vahidləri və təyin edilmiş və ya müəyyən edilə bilən valyuta vahidləri miqdarında alınmalı və ya ödənilməli olan aktiv və ya öhdəliklərdir.
Məzənnə fərqi – hər hansı bir valyuta vahidinin müxtəlif məzənnə ilə digər valyuta vahidinə dəyişilməsindən yaranan fərqdir.
LİBOR - LİBOR (London InterBank Offered Rate) dərəcəsi – London banklararası kredit bazarında ən öncül banklar tərəfindən təklif olunan faiz dərəcələrinin orta göstəricidir. LİBOR –
qısamüddətli kreditlərin topdansatış qiymətidir. LİBOR dünya miqyasında digər faiz dərəcələri üçün orientir rolunu oynamaqla, dəyişən faizli kredit müqavilələrdə ən geniş
istifadə olunan bir göstəricidir. Bu zaman kredit faizləri “LİBOR +”, yaxud “LİBOR –” kimi
hesablanır.
REPO - Mərkəzi Bank (və ya bir kommersiya bankı) tərəfindən qiymətli kağızların digər banka
sonradan geri almaq şərti ilə satışıdır.
SVOP (məzənnə SVOP-u) - Məzənnə riskindən sığortalanmaq məqsədilə müəyyən müddətdən sonra yenidən əksinə mübadilə edilməsi şərtilə milli valyutanın xarici valyutaya mübadilə edilməsi.
Likvidlik – bankın balans və balansarxası öhdəliklərini (bundan sonra - öhdəliklər) yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və/və ya gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə əlavə xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir.
Valyuta mövqeyi – müvəkkil bankların bu və ya digər valyutada (o cümlədən, bank metallarında) tələbləri və öhdəlikləridir.
İstinad: AR Mərkəzi Bankı
No comments:
Post a Comment