Showing posts with label CBAR. Show all posts
Showing posts with label CBAR. Show all posts

10 July 2014

Bank sisteminin növləri.

Dünya praktikasi nəzərə alınmaqla bank sisteminin aşağıdakı tipləri fərqləndirilir:
1.     Mərkəzləşdirilmiş bank sistemi;
2.     Bazar tipli bank sistemi;
3.     Keçid dövrünün bank sistemi.

İnzibati mərkəzləşdirilmiş bank sistemi şəraitində birpilləli sistem fəa­liyyət göstərir və dövlət bankların yeganə mülkiyyətçisi olur. Bankları dövlət özü yaradır, onun təşkilati və idarəetmə strukturlarını müəyyən edir. Zərurət olduqda isə onu ləğv edir. Dövlət tərəfindən vahid bank siyasəti həyata keçirilir və mərkəzləşdirilmiş şaquli idarəetmə üsulu tətbiq edilir. Buna görə də dövlət bankların öhdəliyinə görə cavabdehlik daşıyır. Bankların apardığı əməliyyatların tərkibi, siyahısı dövlət tərəfindən müəyyən edilir. Kreditləşmə və emissiya əməliyyatları bank tərəfindən icra olunur.
İnzibati mərkəzləşdirilmiş bank sistemindən fərqli olaraq bazar iqtisa­diyyatı bank sistemində dövlət inhisarçılığı yoxdur. Bazar şəraitində hər bir təsərrüfat subyekti, yəni hüquqi şəxslər və hətta ayrı-ayrı fiziki şəxslər, döv­lət mülkiyyətli bank istisna olmaqla müxtəlif mülkiyyət formalı banklar yarada bilərlər. Bunun nəticəsində bazar şəraitində çoxsaylı banklar fəaliyyət göstərirlər. Mərkəzləşdirilmiş bank sistemi ilə bazar yönümlü bank sistemi arasında aşağıdakı fərqlər mövcuddur:
Bazar yönümlü bank sistemi şəraitində ikipilləli sistem fəaliyyət göstərir və banklar üzərində müxtəlif mülkiyyət formaları (dövlət, səhmdar, kooperativ, şəxsi, qarışıq və s.) mövcud olur. Bankların yaradılmasında dövlət inhisarı yoxdur, istənilən hüquqi və fiziki şəxslər qanun çərçivəsində bank yarada bilərlər. Bankların təşkilati və idarəetmə strukturları bank şuraları tərəfindən müəyyənləşdirilir, eyni zamanda bank şuranın qərarı ilə ləğv edilə bilər. Bu sistem şəraitində çoxsaylı banklar siyasəti həyata keçirilir və qeyri-mərkəzləşdirilmiş yerli idarəetmə sxemi mövcud olur. Məhz elə bu səbəblərdən də dövlət bankların öhdəliklərinə görə cavabdeh deyil, eyni zamanda banklar da dövlətin öhdəliklərinə görə cavabdeh deyil. Bankların apardığı əməliyyatın tərkibi, siyahısı bank şuraları, təsisçilər tərəfindən müəyyənləşdirilir. Bu sistem şəraitində emissiya əməliyyatlarını yalnız Mərkəzi Bank, müəssisələrin və fiziki şəxslərin kreditləşməsini isə müxtəlif kommersiya bankları icra edirlər.
Azərbaycan Respublikasının da bank sistemi 2 pilləli bank sistemidir.
1) Birinci pillə – Azərbaycan Respublikasının Mərkəzi bankı
2) İkinci pillə – kommersiya bankları və digər kredit müəssisələri, eləcə də xarici bankların filial və nümayəndəlikləri.

4 July 2014

Bank aktivlərinin təsnifləşdirilməsi -II hissə

Ehtiyatların yaradılması və ümidsiz aktivlərin silinməsi
Aktiv üzrə əsas məbləğ və ya faiz borclarının ödənilməsi doxsan gündən çox gecikdirildikdə hesablanmış faizlər üzrə 100% həcmində ehtiyat yaradılır.
Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və azı beş il ərzində bu hesablarda
uçotu aparılır.
Yaradılmış ehtiyatlar aktivlərin keyfiyyətinə adekvat olması baxımından ən azı ayda bir dəfə ayın son iş günündən gec olmayaraq təsnifləşdirilməni həyata keçirən struktur bölmə tərəfindən qiymətləndirilir.
Aktivin təminatı qismində aşağıdakı təminat növləri çıxış etdikdə aktiv üzrə ehtiyat yaradılmır:
- Borclunun depozit hesabındakı milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri aktivə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda və müqaviləyə görə bankın bu vəsaitin hesab sahibinin sərəncamı olmadan hesabdan silinməsinə hüququ olduqda;
- Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) və Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən buraxılmış qiymətli kağızlar, dövlət zəmanəti və ya Mərkəzi Bankın qarantiyası (zaminliyi);
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (bundan sonra - İƏİT) daxil olan və beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard&Poor`s, Fitch Ratings, Moody`s) (bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “A” ölkə (suveren) borc reytinqinə malik ölkələrin dövlət qiymətli kağızları və zəmanəti, habelə bu ölkələrin mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zaminlik);
- banka girov qoyulmuş (saxlanc) bank metalları;
- İƏİT ölkələrində fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə malik banklar tərəfindən buraxılmış qarantiyalar (zaminlik).
Ümidsiz aktivlər üzrə ehtiyatların yaradılmasında təminatın rolu
Bank ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı təminatın xalis bazar qiymətini aşağıdakı şərtlər daxilində nəzərə alır:
- hesablamada nəzərə alınan xalis bazar qiyməti aktivin ümumi məbləğindən artıq olmamalıdır;
- təminatın satışı üçün bütün lazımi hüquqi sənədlər olmalıdır;
- təminatın satışı üçün likvid bazar olmalıdır;
- təminatın bazar qiyməti müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilməlidır.
Bu şərtlər təmin edildikdə ümidsiz aktivlər üzrə ehtiyatlar aşağıdakı qaydada hesablanır: 
                                                      E= (A-Ld) x 100%, 
burada: E - ehtiyatın məbləği, A - aktivin ümumi məbləği, Ld - təminatın nəzərə alınan likvid dəyəridir.
Aktivin likvid dəyərinin hesablanması məqsədi ilə kreditlər və digər aktivlər üzrə təminatlar dörd qrupa bölünür. 
Birinci qrup təminatlar
- banka girov qoyulmuş (saxlanc) qiymətli metallar (bank metalları istisna olmaqla); 
- Mərkəzi Bankın verdiyi bank lisenziyası əsasında fəaliyyət göstərən banklar tərəfindən verilmiş qarantiyalar (zaminlik); 
- Bakı Fond Birjasında alınıb-satılan və ya beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə malik İƏİT ölkələrinin şirkətlərinin buraxdığı qiymətli kağızlar. 
İkinci qrup təminatlara daşınmaz əmlak aid edilir. 
Üçüncü qrup təminatlara avtomobil nəqliyyatı vasitələri aid edilir. 
Dördüncü qrup təminatlara əvvəlki qruplara daxil olmayan digər təminatlar aid edilir. 
Təminatın likvid dəyəri aşağıdakı kimi müəyyən edilir: 
birinci qrup üzrə - xalis bazar qiymətinin 40%-i; 
ikinci qrup üzrə - xalis bazar qiymətinin 30%-i; 
üçüncü qrup üzrə - xalis bazar qiymətinin 20%-i; 
dördüncü qrup təminatlar ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılmasında nəzərə alınmır.
İstinad: Mərkəzi Bank

2 July 2014

Bank aktivlərinin təsnifləşdirilməsi

Bank aktivlərinin təsnifləşdirilməsi (“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi
ehtiyatların yaradılması Qaydaları”-ndan çıxarış.)
     Aktivlər standartqeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.
     Aktivlərin təsnifləşdirilməsi gecikmə müddətikeyfiyyət meyarları nəzərə alınmaqla həyata keçirilir.
     Təsnifləşdirmə məqsədi ilə aktivlər 30 günədək, 31 gündən 90 günədək, 91 gündən 180 günədək, 181 gündən 270 günədək270 gündən çox gecikdirilmiş aktivlərə bölünür. Aktivin gecikməsi müddəti (əsas məbləği və ya faiz borcları üzrə) müvafiq müqavilədə əsas məbləğin və faiz borclarının ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır.
     Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılır. Ehtiyatlar iki kateqoriyaya bölünür:
bankın standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış adi ehtiyatlar;
bankın qeyri-standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar.
     Təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələri aşağıdakı kimi müəyyən edilir: 
qənaətbəxş aktivlər - 1%; 
nəzarət altında olan aktivlər - 5%; 
qeyri-qənaətbəxş aktivlər - 30%; 
təhlükəli aktivlər - 60%; 
ümidsiz aktivlər - 100%. 
     Ehtiyatlar aktivin ümumi məbləği üzrə Azərbaycan Respublikasının milli valyutası ilə bankın xərcləri hesabına yaradılır. 
İstinad: Mərkəzi Bank

Likvidlik riski üzrə Mərkəzi Bank tələbi

Likvidlik nədir? Mərkəzi Bankın "Bankların likvidliyinin idarə olunması haqqında
Qaydalar"-ından çıxarış.
Likvidlik – bankın balans və balansarxası öhdəliklərini (bundan sonra - öhdəliklər) yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və/və ya gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə əlavə xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir.
Likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, həmçinin bankın aktivlərinin minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir.
Likvidliyin təhlil edilməsi üçün ödəniş müddətlərinin bölgüsü - ödəniş müddəti eyni dövrə düşən aktiv və öhdəliklərin bölgüsüdür.
Likvidlik «qəpi» - eyni ödəniş müddətinə aid olan aktiv və öhdəliklərin fərqidir. Aktivlərin məbləği öhdəliklərin məbləğindən çox və ya az olduqda müsbət və ya mənfi likvidlik «qəpi» yaranır. 
Mərkəzi Bankın Likvidliyin idarə olunması ilə bağlı tələbi ancaq aşağıda göstərilən normativ üzrədir.
Digər əmsallar ancaq məlumatlandırıcı xarakter daşıyır. Bu əmsalların sayı 8-dir.
Ani likvidlik əmsalı üzrə normativ. Hər bir bank yüksək likvidli aktivlərin orta gündəlik qiymətinin yüksək likvidli (cari) öhdəliklərin orta gündəlik məbləğinə olan nisbət əmsalını ən azı 30 faiz səviyyəsində saxlamalıdır.
 Yüksək likvidli (cari) öhdəliklər kimi təsnifləşdirilmiş ödəniş müddəti 8 gündən 30 günədək olan öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar) bankın ani likvidlik əmsalının hesablanmasında nəzərə alınmır.
 Bankın kreditorları və depozitorları (Mərkəzi Banka və digər banklara olan bütün borclar daxil olmaqla) qarşısında vaxtı keçmiş öhdəlikləri mövcud olduqda, ani likvidlik normativinə riayət etməsindən asılı olmayaraq, bankın ani likvidlik üzrə normativi pozulmuş hesab edilir.
İstinad: Mərkəzi Bank

1 July 2014

Sərbəst dönərli valyuta

“Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nın məqsədləri üçün istifadə edilən sərbəst dönərli valyutalar dedikdə, aşağıdakı ölkələrin valyutaları nəzərdə tutulur:

    Emitent          Valyutanın adı       İSO kodu
1. Amerika Birləşmiş Ştataları - ABŞ dolları - USD
2. Avropa İttifaqı - Avro və ona fiks olunmuş məzənnə ilə bağlı valyutalar - EUR
3. Avstraliya - Avstraliya dolları - AUD
4. Kanada - Kanada dolları - CAD
5. Danimarka - Danimarka kronu - DKK
6. çıxarılmışdır çıxarılmışdır çıxarılmışdır
7. İslandiya İslandiya kronu ISK
8. Yaponiya Yen JPY
9. Yeni Zenlandiya Yeni Zenlandiya dolları NZD
10. Norveç - Norveç kronu - NOK
11. İsveç - İsveç kronu - SEK
12. İsveçrə - İsveçrə frankı - CHF
13. Böyük Britaniya Birləşmiş Krallığı - Funt-sterlinq - GBP
14. Beynəlxal Valyuta Fondu - Xüsusi borcalma Hüquqları - XDR
İstinad: AR Mərkəzi Bankı