Təbii ki, çoxlarımız rotasiya sözünün mənasını, əhəmiyyətini
anlayır, amma tətbiq
etmirik. Elə buna görə də rotasiyanın daha dərindən öyrənilməsinə
ehtiyacın olduğuna inanıb bu qısa məqaləni yazmaq qərarına gəldim.
Rotasiya: [lat.
rotatio – fırlanma] bir ox və ya öz
mərkəzi ətrafında fırlanma hərəkəti.
Rotasiya
dedikdə, planlı şəkildə
işçilərin yerdəyişməsi və ya işçinin vəzifə səlahiyyətlərinin dəyişdirilməsi
başa düşülür. İntensiv şəkildə rotasiyanın istifadə edilməsi müsbət xarakter
sayılır və son nəticəyə münbit təsir edir.
Uzunmüddətli eyni
vəzifədə qalmaq əmək motivasiyasını aşağı salır, işçinin ətraf və dünya
görüşünü bir ərazi, sahə üzrə məhdudlaşdırır, işçi çatışmamazlıqlara vərdiş
edir, öz fəaliyyətinin zənginləşdirməyi, yeni metod və formalarla təkmilləşdirməyi
dayandırır.
Yerdəyişmə işçilər arasında vəziyyəti eyniləşdirmək və
işçini yeni iş şərtlərinə tezliklə uyğunlaşmaq üçün şərait yaradır.
Lakin hamı üçün rotasiya qaydaları ilə yerdəyişmə etmək
mümkün deyil. Rotasiya etməmişdən öncə ediləcək yerdəyişmənin müsbət və mənfi cəhətləri
təhlil edilməlidir.
Müsbət
cəhətləri:
1.
Kadr axınının azalması;
2.
İşçilər tərəfindən edilən
təklif və yeniliklərin yüksək səmərəlilik göstəricisi;
3.
Təşkilata qarşı etimad, inam.
Bunun nəticəsində də kommersiya sirri sayılan informasiya axınının azalması;
4.
Gündəlik monoton işin səbəb
olacağı stressin azalması;
5.
Yeni vəzifələr artırmadan
işçilərin iş şəraitinin dəyişməsi və yeni iş şərtlərinə uyğunlaşmasının daha
asan olması;
6.
Xəstəlik, məzuniyyət və ya
hər hansı bir səbəbdən işçinin asanlıqla əvəz edilməsi;
7.
Hər hansı bir konflikt
yaranması təklükəsi və ya yarandığı təqdirdə asanlıqla aradan qaldırılması;
8.
Ədalətsizlik hissinin
yaranmasının qarşısını alır. (Hansı ki, bəzi işçilər daha çətin və ağır, digərləri
isə yüngül və çox gəlirli işləri görürlər.)
9.
Rotasiya edilən işçilər
arasında münasibəti yaxşılaşdırır. Həmin işçilər görəcəyi və ya gördüyü işlərlə
əlaqədar bir-birinə suallarla müraciət edirlər. Nəticədə kollektiv içində
qarşılıqlı köməkləşməni artırır.
10. Daha təcrübəli işçilərin öz praktikaları ilə daha az
səriştəsi olan işçilərlə bölüşməsi və təlimlərdə iştirak etmədən işçinin öz təcrübə
və biliyini artırması;
11. İşçini bir neçə sahədə yoxlamaq, müsbət və mənfi cəhətlərini
(xarakter və bacarığını) asanlıqla müəyyənləşdirməsi.
Mənfi
cəhətləri:
1.
Yeni iş yerinə vərdişetmə
dövründə iş görmə qabiliyyətinin aşağı düşməsi;
2.
Yerləri dəyişdirilən
işçilərin təlimi və ümumiyyətlə sistemin yaradılmasının əhəmiyyətli vəsait tələb
etməsi;
3.
Düzgün yerdəyişmə edilmədiyi
təqdirdə narazılıqların yaranması;
4.
Heç kimin öz sahəsini,
işini rotasiya edilmədiyi vaxtdakı kimi mükəmməl bilməməsi;
5.
İşgüzar qərarların qəbul
və həll edilməsində qruplaşmanın (köhnə kollektiv və rotasiya edilmiş işçi
arasında) yaranması;
6.
Yerdəyişmə prosesini həyata
keçirərkən “yaxşı” vəzifədən daha aşağı vəzifəyə keçirilməsində işçilərdən rədd
cavabı alınması və bu kimi digər problemlər;
Yuxarıda qeyd etdiyimiz müsbət və mənfi cəhətləri dəyərləndirmək,
daha düzgün rotasiya etmək, mənfi cəhətlərin optimallaşdırıması və rotasiyanı
daha dərindən dərk etmək üçün onun təsnifləşdirilməsi
məsləhət görülür.
1.
Tezlik üzrə (müddət) rotasiyanı
illik, aylıq, günlük, hətta bəzi sahələrdə saatlıq olaraq da həyata keçirmək
mümkündür.
2.
Hərəkət istiqamətinə görə
rotasiya –
a.
Dairəvi – müəyyən müddət ərzində
bir sıra vəzifələr keçdikdən sonra yenidən öz vəzifəsinə qayıdır.
b.
Qaytarılmayan – hansı ki,
işçi rotasiya dövründəki ilk tutduğu vəzifəyə geri qaytarılmır.
c.
Əvəzləmə - bu prosesdə
iki eyni səviyyəyə məxsus işçinin yerləri dəyişdirilir.
3.
İxtisaslaşma səviyyəsinə
görə
a.
İxtisas(öz sahəsi) üzrə;
b.
Digər ixtisas üzrə.
4.
Həcminə görə
rotasiya bir neçə növə bölünür.
a.
Daxili – yəni bir şöbə, bölmə
və ya təşkilatın daxilində baş verən dəyişiklik. (şöbələrarası, departament
daxili, departamentlər arası və.s)
b.
Xarici – eyni regionda
yerləşən filial və bölmələr arasında yerdəyişmə.
c.
Regionlararası – yaşayış məkanını
dəyişməklə nəticələnən digər filial və ya bölməyə edilən rotasiya. Məs: Azərbaycan
banklarının tətbiq etdiyi filial direktorlarının digər region üzrə rotasiyası.
d.
Beynəlxalq rotasiya –
beynəlxalq kooperasiyalarda daha çox rast gəlinir. (Misal olaraq bir tanışımın beynəlxalq
şirkətdə Azərbaycan üzrə nümayəndəlikdən Rusiya Federasiyası üzrə nümayəndəliyə
rotasiya edilməsini göstərmək olar.)
Daha bir neçə təsnifləşdirmə növünü - elmi texniki tərəqqi
səviyysinə görə (real, virtual), məqsədə görə - əlavə edə bilərik.
Hər bir təşkilatda üfiqi rotasiya sisteminin
yaradılması vacibdir. Bu vəzifə insan resurslarının idarəedilməsi bölməsinin üzərinə
düşür. Üfiqi yerdəyişmə insanın bütün əmək fəaliyyəti ərzində edilməsi
vacibdir. Ancaq bir nüans nəzərə alınmalıdır ki, daha yuxarı yaşlarda
rotasiyanın tezliyi azaldılmalıdır. Çünki fəaliyyətin ilk illərində yeni iş şəraitinə
və şərtlərə uyğunlaşmaq daha asan olur. Rotasiya sisteminin də daha mükəmməl
işləməsi üçün yeni işçi götürdükdə daha diqqətli olub layiqli və lazımı keyfiyyətlərə
malik namizədlər seçilməlidir ki, hər bir şəraitə uyğunlaşa bilsinlər.
1. Banco.az/Rotasiya və onun bank sistemində əhəmiyyəti
2. Banker.az/Rotasiya və onun bank sistemində əhəmiyyəti
1. Banco.az/Rotasiya və onun bank sistemində əhəmiyyəti
2. Banker.az/Rotasiya və onun bank sistemində əhəmiyyəti
No comments:
Post a Comment