7 August 2014

Əmək haqqı yoxsa əməyin haqqı?

 Bu yazını yazmağa ideya bir neçə dəqiqə əvvəl işdə yaranmış məsələ oldu. İşçiyə əmək haqqı niyə verilir? Nəyin müqabilində verilir? 
 Məcəllədən çıxarış.  "İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə."
İşçiyə əmək haqqı ona verilən işləri, tapşırıqları
verilmiş səlahiyyətlət çərçivəsində yerinə yetirmək üçün ödənilir.
Bu işləri yerinə yetirmək isə hər bir şəxsin özündən asılıdır. Bəzi insanlarımız var ki, işləri ancaq gün keçirməkdən ibarətdir. Bütün işlərə laqeyd yanaşırlar. Ancaq iş gününün bitməsini həvəslə gözləyirlər. Yəni insan əgər özlüyündə məsuliyyət hiss edirsə o aldığı vəsaitin müqabilində həmin şirkət üçün iş görməlidir. Dini baxımdan desək halallıq olsun deyə. Təbii ki işə götürən də bu məsələdə adil olmalıdır. İşçiyə verdiyi əmək haqqı müqabilində iş tələb etməlidir.
Ancaq bəzilərimiz də var ki, işləyir əmək haqqının bədəlini ödəyir. Ancaq öz səlahiyyətlərindən çəkinir. Dəyək ki, müdir hər hansı müqaviləyə qol çəkməlidir. Ancaq ehtiyat etdiyindən, çəkindiyindən(qorxduğundan) digər işçiləri də bu müqaviləyə cəlb edir. Onların üzərinə də hər hansı iş atır. Müqavilə üzrə səlahiyyəti bölüşdürür. Əgər sən bu məsuliyyətli işi görməkdən çəkinirsənsə, qorxursansa niyə işləyirsən? Niyə o əmək haqqını  alırsan?  
Gərək sən aldığın əmək haqqının qarşılığını verəsən. 

P.S. Təbii ki işə götürən də bu məsələdə adil olmalıdır. İşçiyə verdiyi əmək haqqı müqabilində iş tələb etməlidir. Bu isə ayrı bir mövzudur.

No comments:

Post a Comment